AZ

Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı elan olunub

Yaponiyada
Yaponiyada gənc tədqiqatçılar üçün təqaüd proqramı elan edilib. 1news.az xəbər verir ki, məlumatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yayıb.
Bildirilib ki, proqram Matsumae Beynəlxalq Fondu tərəfindən təbiət elmləri, mühəndislik, tibb və kənd təsərrüfatı sahələrində tədqiqat aparan gənc alimlər üçün nəzərdə tutulub. Qeyd olunub ki, proqram çərçivəsində 15 nəfərədək tədqiqatçıya təqaüd ayrılması planlaşdırılır. Təqaüd qazanan şəxslərə 2027-ci ilin iyun ayından 2028-ci ilin mart ayınadək Yaponiyada elmi-tədqiqat fəaliyyəti aparmaq imkanı yaradılacaq. Müraciət üçün son tarix 30 iyun 2026-cı il müəyyən edilib.

Təqaüd proqramının şərtləri, qəbul qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
7
3
1news.az

4Mənbələr