AZ

Kimlər yuxuda daha tez-tez qorxur? - ARAŞDIRMA

ABŞ-nin Kanzas Universitetinin alimləri yuxular və emosional vəziyyət arasında əlaqəyə dair yeni araşdırma aparıblar.

Redaktor.az xəbər verir kİ, tədqiqatın nəticələri “Sleep” jurnalında dərc olunub.

Araşdırmaya görə, gündəlik həyatda emosiyaları bastırmağa meylli olan insanlarda kabuslar daha çox müşahidə olunur. Alimlər 500-dən çox iştirakçının yuxularını süni intellekt alqoritmləri vasitəsilə təhlil ediblər və yuxuların emosional məzmununu qiymətləndiriblər.

Tədqiqat nəticələri göstərib ki, yuxuda güclü qorxu hissi yaşamaq əksər hallarda insanın ertəsi gün əhvalının yaxşılaşmasına yox, pisləşməsinə səbəb olur. Eyni zamanda, emosiyalarını real həyatda ifadə etməyən şəxslərdə kabusların daha tez-tez baş verdiyi müəyyən edilib.

Maraqlı məqam isə odur ki, yuxularda həm müsbət, həm də mənfi emosiyalar birlikdə olduqda, bu hal insanın səhər əhvalına daha az mənfi təsir göstərir.

Alimlər vurğulayırlar ki, yuxuların emosional emalı nə vaxt baş verdiyi hələ tam dəqiqləşməyib bu proses yuxu zamanı, yoxsa oyanandan sonra xatırlama mərhələsində baş verə bilər.

NURİYYƏ

Seçilən
34
1
redaktor.az

2Mənbələr