AZ

Space TV bağlanır? Telekanal daxilində baş verən “çox dərin olaylar”...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Hazırda medianın gündəmindəki mövzulardan biri də Vado Korovinin Space TV-dən ayrılması və bunun mümkün nəticələridir. Bəzi ekspertlər və izləyicilər bunu Space TV üçün dönüş nöqtəsi kimi qiymətləndirirlər. Hətta kanalın fəaliyyətini dayandıra biləcəyi ehtimalı da irəli sürülür.

Bəs reallıq necədir: Space TV bağlanacaqm?

Globalinfo.az-a danışan media eksperti Müşfiq Ələsgərli deyib ki, son iki gün ərzində Space TV barədə yayılan xəbərlər bir neçə istiqaməti əhatə edir:

“Bunlardan biri televiziyanın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlıdır. Başqa bir istiqamət isə Audiovizual Şura tərəfindən kanalda yoxlamaların aparılmasıdır. Diqqət yetirəndə görürük ki, bu xəbərlərin içində digər törəmə informasiyalar da mövcuddur. Yəni TV barədə qeyri-müəyyən məlumatların çeşidi çoxdur. Yaxşı olardı ki, ehtimallar, subyektiv mülahizələr yayılıb ictimai fikirdə yer tutmadan öncə TV rəhbərliyi media qarşısına çıxıb açıqlama versin. Nə baş verdiyini, niyə baş verdiyini izah etsin”.

M.Ələsgərli qeyd edib ki, gedişatla bağlı müəmmalar var:

“Düzdür, jurnalistlərin suallarına cavab olaraq TV-nin hansısa təmsilçisi müəyyən açıqlama verib, məlumatların bir qismini təkzib edib, digər qisminə isə toxunmadan üzərindən keçib. Amma sual yaranır ki, o, yayılmış məlumatların digər qismini cavablandırmaqdan niyə yan keçib? Bu cür davranış qeyri-müəyyənliyi artırır. İnsanlarda istər-istəməz şübhə yaranır ki, deməli, ortada daha dərin məsələlər var. Bəlkə də, dərin bir şey yoxdur. Yoxlamalar yekunlaşıb nəticələr açıqlanmayna qədər biz heç bir şey deyə bilmərik. Yaranmış suallara aydın cavab vermək üçün ən yaxşı vasitə kanal rəhbərliyinin media qarşısına çıxıb normal açıqlama verməsi olardı. Təəssüf ki, iki gün ərzində bunu görmürük”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
7
globalinfo.az

8Mənbələr