AZ

Putin: Rusiyada iqtisadi göstəricilərin trayektoriyası gözləntilərdən aşağıdır

Bakı, 15 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-fevral aylarında Rusiyanın ÜDM-i 1,8 faiz azalıb, sənaye və tikinti sahələrində də geriləmə qeydə alınıb, makroiqtisadi göstəricilərin trayektoriyası analitiklərin, hökumətin və Mərkəzi Bankın gözləntilərindən aşağı nəticə göstərir.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, iqtisadi artımın bərpasına yönəlmiş əlavə tədbirlərə ehtiyac var.

“İşimizin daimi inkişafını stimullaşdırmaq üçün konkret tədbirlərin hazırlanmasına, son dövrlərdə özünü göstərən və ümumilikdə gözlənilən meyillərin aradan qaldırılması üzrə adekvat qərarların işlənib hazırlanmasına yönəldilməsini zəruri hesab edirəm”, – deyə Prezident bildirib.

“Statistik məlumatlar göstərir ki, artıq iki aydır iqtisadi dinamika, təəssüf ki, azalır. Ümumilikdə yanvar-fevral aylarında ÜDM 1,8 faiz azalıb. Emal sənayesi və ümumilikdə sənaye istehsalı, eləcə də sistem əhəmiyyətli mühüm sahə olan tikinti geriləmə ilə üzləşib”, – deyə o qeyd edib.

Seçilən
25
2
azertag.az

3Mənbələr