AZ

Yüksək vəzifəsindən çox bığları müzakirə olundu

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyənin Bingöl şəhərinin Karlıova rayonunda Sülh Partiyasının təşkilat strukturunda dəyişiklik edilib. Orhan Avcı partiyanın rayon təşkilatına yeni sədr təyin olunub.Demokrat.az xəbər verir ki, bu təyinat siyasi fəaliyyətdən daha çox, Avcının zahiri görkəmi ilə diqqət çəkib.

Yeni rəhbərin sosial şəbəkələrdə paylaşılan fotoları qısa müddətdə geniş müzakirələrə yol açıb. Orhan Avcının olduqca qalın və fərqli formalı bığları istifadəçilərin marağına səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi yeni sədrin bığları ilə bağlı müxtəlif şərhlər yazaraq mövzunu zarafat obyektinə çevirib. Bu qeyri-adi imic Avcını ölkə səviyyəsində tanınan simalardan birinə çevirib.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr