Bakı.Trend:
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisiprospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi iləTbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyitəmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.
7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd svetofordirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində ediləndəyişikliklə bağlıdır.