AZ

Yeniyetmələr üçün gizli təhlükələr artır - Valideynlər bunlara DQQƏT ETSİN

Son illərdə yeniyetmələr arasında psixi problemlərin artması ciddi narahatlıq doğurur.

Day.Az-ın araşdırmasından məlum olub ki, bu vəziyyət təsadüfi deyil və bir neçə mühüm faktorun təsiri ilə formalaşır.

Müasir həyat tərzi yeniyetmələrin həm psixoloji, həm də fiziki inkişafına mənfi təsir göstərir.

Belə ki, video oyunlara həddindən artıq bağlılıq, məktəbdə ağır və stresli dərs yükü, fiziki aktivliyin azlığı və sosial təcrid əsas faktorlardır. Xüsusilə oyun asılılığı yeniyetmələri real həyatdan uzaqlaşdırır, onların ünsiyyət bacarıqlarını zəiflədir və tədricən psixoloji problemlərə yol açır. Eyni zamanda, idmanın olmaması və oturaq həyat tərzi sağlamlığa mənfi təsir göstərir.

Bu amillər nəticəsində yeniyetmələrdə hormonal balans pozula, artıq çəki yarana və fiziki inkişaf ləngiyə bilər. Bundan başqa, valideyn nəzarətinin həddindən artıq olması da uşaqların müstəqilliyini və sosiallaşmasını zəiflədir.

Valideynlərə tövsiyə olaraq bildirmək olar ki. övladlarının gündəlik həyatını balanslı qurmağa, həm texnologiyadan istifadəni, həm də fiziki və sosial aktivliyi nəzarətdə saxlamağa diqqət etsinlər.

Nəsimi Ələsgərli 

Seçilən
29
day.az

1Mənbələr