AZ

“Bahar Kuboku” uğrunda konkur yarışları başa çatıb

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Bahar Kuboku” uğrunda konkur yarışları başa çatıb. AzVision.az xəbər verir ki, A kateqoriyası üzrə 90 santimetr, L kateqoriyası üzrə 115 santimetr, M kateqoriyası üzrə isə 125 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak ediblər. A kateqoriyasında 23 idmançının iştirakı ilə baş tutan mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla birinci olub. L kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla ilk yeri tutub. M kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla qalib adını qazanıb. İki gün davam edən yarışların sonunda hər üç kateqoriyada birinci yerin sahibinə “Bahar Kuboku”, medal, fəxri diplom təqdim olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
azvision.az

6Mənbələr