Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininəməkdaşları Fransanın Nant şəhərindəki “Qarabağ” həftəsonuAzərbaycan məktəbini ziyarət edib, tədris prosesi ilə yaxındantanış olublar.
Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edənQarabağ bölgəsinin adını daşıyan məktəbin AzərbaycanRespublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərindəyaradılması və uğurla fəaliyyət göstərməsi diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətgöstərən məktəbin rəhbəri Toğrul Zeynalov və müəllim AynurəHacıyeva tədris müəssisəsi ilə bağlı hesabat xarakterli çıxışediblər.
Komitə sədrinin müavini Vaqif Seyidbəyov məktəbin fəaliyyətininəhəmiyyətinə diqqət çəkib, burada formalaşan bilik və dəyərlərinsoydaşlarımızın gələcək həyatında mühüm rol oynayacağını qeyd edib,onlara təhsil uğurları arzulayıb.
Görüş səmərəli fikir mübadiləsi, açıq dialoq mühitindəkeçirilib.
Məktəbin kollektivinin və valideynlərin iştirakı ilə keçirilənmüzakirələr zamanı qeyd olunub ki, həftəsonu məktəbi yalnız dil vəmədəniyyətin öyrədilməsi ilə kifayətlənmir, eyni zamanda müasirrəqəmsal bacarıqlarla zəngin, çevik və qlobal düşüncəli diaspornəslinin yetişməsinə şərait yaradır, bölgədə ölkəmizin müsbətimicinin formalaşmasına töhfə verir.
Tədbirin sonunda şagirdlər zəngin və rəngarəng mədəni proqramtəqdim ediblər. Proqram çərçivəsində onlar müxtəlifədəbi-kompozisiyalar təqdim edib, şeirlər səsləndirib, milli musiqinömrələri ifa ediblər. Onların çıxışları böyük rəğbətlə qarşılanıb.Hazırlanan proqram yalnız əyləncə xarakteri daşımayıb, eyni zamandamilli kimliyin, dilin və mədəni irsin qorunub gələcək nəsillərəötürülməsinin vacibliyini nümayiş etdirib.
Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 100-ə yaxınhəftəsonu Azərbaycan məktəbi var. Azərbaycan dövləti həminməktəbləri, o cümlədən 20 aprel 2019-cu ildə Fransanın Nantşəhərində açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəbini lazımolan bütün vəsaitlə təmin edir və fəaliyyətlərinə dəstəkgöstərir.