AZ

Hizbullah tərksilah olacaq? ŞƏRH

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün ABŞ-də İsrail və Livan tərəfləri arasında danışıqlar keçirilib. Keçirilən danışıqlarda tərəflər “Hizbullah”ın tam tərksilah olunmalı olduğu mövzusunda razılığa gəlib.

Bəs "Hizbullah"ın tam tərksilah olması mümkündürmü?

Politoloq Elşad Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Hizbullah"ın lideri Şeyx Naim Qasım təşkilatın öz torpaqları uğrunda mübarizə apardığını qeyd edib:

""Hizbullah" eyni zamanda Livan hökumətini də İsrailə güzəştə getməməyə çağırdı. Elə bu gecə Livanın cənubunda döyüşlər zamanı 3 nəfər "Hizbullah" döyüşçüsü əsir götürülüb. "Hizbullah"ın tərksilah olunması razılığa gəlinsə də, Livan hökuməti bunu etməyə gücü çatacaqmı? Hesab edirəm ki, yox. Çünki elə bu gecə də "Hizbullah" qüvvələri İsrailin cənubuna 30 raket atıblar və İsrail tərəfindən verilən məlumata görə üçünü tuta biliblər, qalanları da boş əraziyə düşüb. Ölənlər və yaralılar haqqında hələlik heç bir məlumat verilmir. Yəni "Hizbullah"ın tam tərksilah olunması hesab edirəm ki, yaxın zamanlarda mümkün deyil".

Siyasi şərhçi vurğuladı ki, 2026-cı ilin əvvəllərində ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurası yaradıldı:

"Orada HƏMAS-ın tərksilah olunması, Qəzzada sabitliyin bərpa olunması məsələləri nəzərdə tutulurdu. Ancaq hələlik görünən odur ki, heç nə etmək mümkün deyil. Bu gün Qəzzada da İsrail dağıntılar aparır, sionist rejimini daha da gücləndirməyə çalışır. İsrail eyni zamanda Livanın cənubunda döyüşlər aparır. Yəni İsrailin məqsədi Livan ərazisində özünə bufer zonası yaratmaq və "Hizbullah"ı tam tərksilah etməkdir. Buna da hesab edirəm ki, yaxın zamanda nail ola bilməyəcək. Çünki "Hizbullah"da çoxlu döyüşçülər var, gücləri çoxdur və onları da tərksilah etmək elə də asan deyil".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
redaktor.az

2Mənbələr