AZ

100 manatlıq əskinas dəyişərək belə olacaqVİDEO

100 manatlıq əskinaslar yenilənir...

Xezerxeber.az xəbər verir ki, Mərkəzi Bank yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılacağını bildirib.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi  dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu, su nişanı, görmə qabiliyyəti olmayanlar üçün tanıma elementi, şaquli dizayn , mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər tətbiq olunub.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
15
xezerxeber.az

10Mənbələr