AZ

Ruisyadan Azərbaycana poçt vasitəsilə göndərilən pul mənimsənilib?VİDEO

''Atamdan bizə qalan mirasa sahib çıxa bilmirik''.

Bunu ''Xəzər Xəbər''ə paytaxt sakini Elxan Baxşıyev deyib. Onun sözlərinə görə, atası Azad Baxşıyev 1985-1990-cı illərdə Rusiyanın Surqut şəhərində neft-qaz şirkətlərindən birində işləyib.

Elxan Baxşıyev iddia edir ki, atası iş vaxtı vəfat etdiyi üçün zavod tərəfindən hər il onlara poçt vasitəsilə qiymətli kağızlara görə vəsiat ödənilib. Amma, həmin məbləğ ailəyə çatmayıb. Hər halda Elxan Baxşıyev belə iddia edir. 

Azad Baxşıyevin ailəsi bu barədə bir neçə il əvvəl xəbər tutan kimi, Surqut şəhərinə gedib və onlar Neft-Qaz şirkətinə müraciət ediblər. Şirkətdən bildirilib ki, Azad Baxşıyevə məxsus qiymətli kağzılar üzrə ödənişlər hər il vaxtı-vaxtında ödənilib. Hətta, buna dairə sənədlər də ailəyə verilib. 

Elxan Baxşıyev onu da iddia edir ki, polisə müraciəti ilə məsələ araşdırılıb və atası ilə eyni ad-soyad və ata adında bir şəxs Azərbaycanda yaşamır. Mənimsənilən məbləğə isə 10 min manatdan çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
1
xezerxeber.az

2Mənbələr