AZ

Həkim: Belə dərmanlar mədə xorası yaradır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ağrıkəsici dərmanların tez-tez və nəzarətsiz istifadəsi geniş yayılıb və bu, sağlamlıq baxımından müəyyən risklər yaradır. Bir çox hallarda insanlar həkim məsləhəti olmadan bu preparatlardan istifadə edir ki, bu da orqanizm üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.Bəs, mütəmadi ağrıkəsici istifadəsi hansı fəsadlar yarada bilər və bu risklərin qarşısını almaq üçün hansı qaydalara əməl olunmalıdır?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, mütəmadi ağrıkəsici istifadəsi ciddi fəsadlara səbəb ola bilər. "İlk növbədə, bu dərmanlar mədə-bağırsaq sisteminə mənfi təsir göstərərək qastrit, mədə yarası və xoranın yaranmasına şərait yaradır. Xüsusilə mədə xorası olan insanlarda mədə qanaxması baş verə və ağırlaşmalar inkişaf edə bilər. Digər tərəfdən, ağrıkəsicilər hepatotoksik və nefrotoksik təsir göstərərək qaraciyər və böyrəklərə zərər verir. Bu, qaraciyərin funksional pozğunluqlarına, ağır hallarda isə böyrək zədələnməsinə, böyrək çatışmazlığına və xroniki böyrək xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, ağrıkəsicilərə qarşı allergiyası olan və ya bu dərmanları mütəmadi qəbul edən şəxslərdə orqanizmin həssaslaşması nəticəsində ağır allergik reaksiyalar yarana bilər. Bu reaksiyalar allergik övrə, anafilaksiya və hətta anafilaktik şok kimi həyati təhlükəli vəziyyətlərə gətirib çıxara bilər".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
demokrat.az

1Mənbələr