AZ

Tural Sevdimalı: Bu layihə sadə bir ideyadan başlayaraq böyük və çoxşaxəli uğura çevrildi

Bakı, 15 aprel, AZƏRTAC

Hər bir ideya kimi, “Mən, Lalə, bir də Şerlok Holms” serialının da başlanğıcı sadə düşüncədən — bir insanın beynində yaranan kiçik “qığılcım”dan doğub. Zaman keçdikcə bu fikir inkişaf edərək, 12 seriyadan ibarət bütöv bir mövsümə çevrilib. Layihənin davamı olaraq ikinci mövsümünün hazırlanması, kitab formatında nəşri və tammetrajlı bədii film kimi planlaşdırılması göstərir ki, ideya ilkin mərhələdən etibarən uğurlu və maraqlı olub, eyni zamanda, tamaşaçı tərəfindən də müsbət qarşılanıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Mən, Lalə, bir də Şerlok Holms” layihəsinin ideya müəllifi Tural Sevdimalı deyib.

T.Sevdimalı bildirib ki, serialın ikinci mövsümü aprelin 19-dan etibarən hər səhər saat 11:00-da İctimai Televiziya və Radio Yayımları Şirkəti kanalında yayımlanacaq.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Tofiq Babayev
Videooperator - Ceyhun Mustafayev

 

Seçilən
19
1
azertag.az

2Mənbələr