AZ

İsrailin yeni planı məlum oldu: Livana hücum, irana isə...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ordu yüksək döyüş hazırlığı vəziyyətindədir  və Livanla yanaşı İran istiqamətində əməliyyatların davam etdirilməsi planları mövcuddur.

Globalinfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

Zamir bildirib ki, Baş Qərargahla birgə gələcək fəaliyyət planları artıq təsdiqlənib və vəziyyət mütəmadi olaraq qiymətləndirilir. Onun sözlərinə görə, həm Livanda, həm də İran istiqamətində əməliyyatlar davam edəcək.

General əlavə edib ki, ötən ay başlayan eskalasiyadan bu yana Hizbullah qruplaşmasının 1700-dən çox üzvü zərərsizləşdirilib. Zamir həmçinin bildirib ki, Cənubi Livanın Litani çayına qədər olan ərazisinin “Hizbullah” üçün məhv zonası elan edilməsi ilə bağlı göstəriş verib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr