AZ

Netanyahudan TƏCİLİ ANONS: “Müharibə hər an yenidən başlaya bilər”

İsrailin Baş naziri Benyamin Netanyahu video müraciətində ölkəsinin İranla hərbi əməliyyatların bərpa olunması ehtimalına tam hazır olduğunu bəyan edib. Netanyahu eyni zamanda “Hizbullah”a qarşı əməliyyatların davam etdiyini və Livanla yeni danışıqlar prosesində iştirak etdiklərini bildirib.

KONKRET.az xəbər verir ki, Baş nazir ABŞ-ın İranla təmasları barədə İsraili mütəmadi məlumatlandırdığını vurğulayıb. “Birləşmiş Ştatlarla hədəflərimiz üst-üstə düşür: biz zənginləşdirilmiş materialların İrandan çıxarılmasını, ölkə daxilində zənginləşdirmə imkanlarının tamamilə ləğvini və əlbəttə ki, boğazların açılmasını istəyirik. Hazırda bu prosesin necə yekunlaşacağını demək tezdir, lakin müharibənin yenidən alovlanma riskini nəzərə alaraq, hər bir ssenariyə hazırıq”, — deyə Netanyahu qeyd edib.

Livanla aparılan danışıqlara da toxunan Baş nazir, bu prosesin məhz İsrailin hərbi qüdrəti sayəsində mümkün olduğunu bildirib. Onun sözlərinə görə, danışıqların iki əsas hədəfi var: “Hizbullah”ı sərhəddən uzaqlaşdırmaq və “güc vasitəsilə sülh” prinsipi əsasında dayanıqlı sabitliyə nail olmaq.

Netanyahu həmçinin əlavə edib ki, İsrail ordusu “Hizbullah”ın Bint-Cubeyldəki əsas qalalarından birini məhv etməyə fokuslanıb və zərbələr davam edir. O, təhlükəsizlik zonasının gücləndirilməsi və yerli druz əhalisinə dəstək məqsədilə bu zonanın şərqə — Hermon dağının yamaclarına doğru genişləndirilməsi barədə əmr verdiyini açıqlayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
21
konkret.az

1Mənbələr