AZ

Konate “Liverpul”la 4 illik yeni müqavilə imzalaya bilər

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate klubla yeni müqavilə imzalamağa yaxınlaşıb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, 26 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilsə də, vəziyyət dəyişib.

İndi Fransa millisinin üzvü mersisaydlılarla 4 illik yeni müqavilə imzalayacağı gözlənilir.

Cari mövsümdə Konate bütün turnirlərdə 45 oyuna çıxıb və 2 qol vurub. Onun “Liverpul”la mövcud müqaviləsi yayda başa çatır.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun dəyəri 50 milyon avro təşkil edir.

Seçilən
17
90deqiqe.az

1Mənbələr