Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Futbol hakimi Xavyer Orteqa Ekvadorda həvəskar komandaların matçı zamanı güllələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, bir neçə silahlı şəxs oyun zamanı hakimə yaxınlaşaraq atəş açıb. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçıblar. 48 yaşlı Orteqa meydanda ölüb.
Matç dərhal dayandırılıb, oyunçular və azarkeşlər ərazini tərk ediblər. Qeyd olunur ki, yarışın təşkilatçıları baş vermiş hadisənin bütün halları aydınlaşana qədər matçların keçirilməsini dayandırıblar./Oxu.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.