AZ

Ət yeyən insanlarda demensiya riski xeyli aşağıdır

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni araşdırmalar ət istehlakı ilə demensiya riski arasında gözlənilməz əlaqənin olduğunu üzə çıxarıb. Karolinska İnstitutu və Stokholm Universitetinin mütəxəssisləri 15 il ərzində 60 yaşdan yuxarı 2157 nəfərin qidalanma vərdişlərini və koqnitiv göstəricilərini izləyiblər.Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, çox ət yemək bəzi insanlarda yaddaş itkisi riskini azaldır.Lakin bu müsbət təsir hamıya şamil edilmir. Faydalı təsir yalnız "APOE4" gen variantının daşıyıcılarında müşahidə olunub. Bu gen adətən Altsheymer xəstəliyinə meyilliliyin əsas göstəricisi hesab olunur.Tədqiqat göstərib ki, həmin geni daşıyan və rasionunda ət məhsullarına (xüsusilə qırmızı ətə) geniş yer verən şəxslərdə demensiya riski daha aşağı olub, yaddaş zəifləməsi isə daha ləng gedib. Bu genə sahib olmayan insanlarda isə ət istehlakının miqdarı beyin fəaliyyətinə xüsusi təsir göstərməyib.Neyroloq Sara Qarsiya-Ptaçek qeyd edir ki, ümumi ət istehlakında emal olunmuş məhsulların payının az olması, genetik faktordan asılı olmayaraq demensiya riskini aşağı salır. Bu isə kolbas, sosis və digər konservləşdirilmiş ət məhsullarının zərərli olduğunu bir daha təsdiqləyir. Elm adamlarının fikrincə, "APOE4" geni beynin ətdəki B12 vitamini, dəmir və xüsusi yağları mənimsəmə formasına təsir edə bilər.Bu araşdırma qidalanma və beyin sağlığı arasındakı əlaqənin fərdi genetikadan asılı olduğunu sübut edir. Hazırda əsas tövsiyə emal olunmuş ət məhsullarından uzaq durmaqdır. Lakin "APOE4" geni daşıyıcıları üçün keyfiyyətli ətin rolu gələcək tədqiqatların əsas mövzusu olacaq.Yəni bəzi insanlar genetik quruluşuna görə ət yedikdə yaddaş problemlərindən daha yaxşı qorunurlar, lakin kolbas kimi hazır ət məhsulları hər kəs üçün zərərlidirİsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
demokrat.az

1Mənbələr