Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib.
Bu axşam 4 köklü komanda meydana çıxıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Bavariya” mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək.
Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və “Arsenal” növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub.
Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub.
15 aprel
UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 4:3
İlk oyun – 2:1
23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0
İlk oyun – 1:0