AZ

Çempionlar Liqası: “Real” uduzdu, “Arsenal” növbəti turda 

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib.

Bu axşam 4 köklü komanda meydana çıxıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Bavariya” mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və “Arsenal” növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub.

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub. 

15 aprel

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 4:3
İlk oyun – 2:1

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0
İlk oyun – 1:0

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr