AZ

Bu sektorda işləyənlərin sayı azalıb- İLGİNC SƏBƏB

Özə sektorda çalışanların sayı durmadan azalır. Bu da ölkədə işsizlərin sayının artmasına səbəb olur.

Bəs bu mənfi tendensiyaya səbəb nədir?

Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, 2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1.782 min nəfərdən 1.784 min nəfərə yüksələrək təxminən 0,1% artıb:

“Dövlət sektorunda çalışanların sayı 861.4 min nəfərdən 870.6 min nəfərə çataraq təxminən 1.1% artım göstərib. Qeyri-dövlət sektorunda isə əksinə, azalma qeydə alınıb. Belə ki, bu sektorda çalışanların sayı 920.6 min nəfərdən 913.4 min nəfərə enərək təxminən 0.8% azalıb.

Biz hələ keçən ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3%, gələn il 5%, 2028 ci ildə isə 7% gəlir vergisi tədbiqi, zatən boğulan sahibkarlığa ziyan vuracaq, onlar işçi ixtisarlarına gedəcəklər. Görürsüsünüzmi, tendensiya başlayıb, özəl sektor ixtisarlarlara gedir, indi bir daha düşünün, 3% vergidən nə qazandınız, minlərlə işsiz qalmış vətəndaşa görə nə itirdiniz?!”

News365.az

Seçilən
12
2
news365.az

3Mənbələr