AZ

Almaniya Zelenskinin Berlinə səfərinin nəticələrindən narazıdır

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alice Veidel Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfərini tənqid edərək, Kiyevə qarşı daha real siyasət tələb edib...

Poliqon xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Veidel müdafiə və müharibədən sonrakı bərpa işlərində Ukrayna ilə daha sıx əməkdaşlığın alman vergi ödəyicilərinin pullarının Kiyevə axacağı anlamına gəldiyini iddia edib. O, qeyd edib ki, Almaniyanın xarici müharibələri uzatmaq üçün milyarlar xərcləmək əvəzinə, ev daxilində yardıma ehtiyacı var.

Onun sözlərinə görə, daha boş çeklər əvəzinə, nəhayət, real sülh siyasətinə ehtiyacımız var.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr