AZ

Son bir gündə 35 cinayətin üstü açılıb

Azərbaycanda son sutkada 35 cinayət qeydə alınıb, 86 axtarışda olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Bildirilib ki, axtarışda olan ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabatda qeyd olunur ki, narkotiklərlə bağlı 20, qanunsuz silah-sursatla əlaqədar 3 fakt aşkarlanıb, cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Gülnar 

Seçilən
22
anews.az

1Mənbələr