AZ

97 yaşında orqan donoru oldu

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Pensilvaniya ştatının 97 yaşlı sakini Peggi Filds ştat tarixində ən yaşlı orqan donoru kimi qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Pitsburqdakı” WTAE-TV” telekanalının rəsmi saytında məlumat verilib. Mənbənin məlumatına görə, qadın həm də ABŞ-da ən yaşlı donorlar siyahısında üçüncü yeri tutur.

Donor orqan olan qaraciyər Floridada yaşayan bir pasiyentə köçürülüb. “Center for Organ Recovery & Education” (CORE) təşkilatından bildirilib ki, bu hal donorluq üçün yaş məhdudiyyətləri ilə bağlı geniş yayılmış mifləri təkzib edir. Mütəxəssislər qeyd edirlər ki, əsas meyar yaş deyil, orqanların vəziyyəti və insanın ümumi sağlamlığıdır.

Təşkilatın nümayəndələrinin sözlərinə görə, yaşlı insanlar özlərini uyğun donor hesab etmədikləri üçün qeydiyyatdan imtina edirlər. Lakin təcrübə göstərir ki, hətta daha böyük yaşda belə uğurlu donorluq və digər pasiyentlərin həyatının xilas edilməsi mümkündür.

Qeyd olunur ki, hazırda ABŞ-da ən yaşlı orqan donoru Nebraska ştatından olan 100 yaşlı qadın hesab edilir. Bununla belə, Peggi Fildslə bağlı vəziyyət Pensilvaniya ştatı üçün unikal olmaqla yanaşı, ölkə üzrə də ən nadir hallardan biridir.

Ekspertlər vurğulayırlar ki, bu kimi hallar donorluq barədə məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Onlar insanları yaşından asılı olmayaraq ölümündən sonra orqan bağışlama imkanını nəzərdən keçirməyə çağırırlar, çünki bu, transplantasiya gözləyən pasiyentlərin şanslarına əhəmiyyətli təsir göstərə bilər.

Seçilən
13
1
hafta.az

2Mənbələr