AZ

Bakıda 3 nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU

Lent az saytına istinadən ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Vaqif Məmmədovun 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum olunmasını və məhkəmə zalından həbs edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edib yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Wolksvagen" markalı avtomobillə toqquşub. Nəticədə "Wolksvagen"in sürücüsü Nəriman Gülməmmədov, sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb və V. Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma -Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
6
lent.az

8Mənbələr