AZ

İxrac edilən neft məhsullarının həcmi 53 faizdən çox artıb

Bakı, 16 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında ölkədən 187 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,1 faiz çoxdur.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd olunub ki, ixrac edilən məhsulların dəyəri 2,3 dəfə artaraq 130,9 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 122,3 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 56,7 milyon dollar olub.

Seçilən
23
azertag.az

1Mənbələr