AZ

“Humana” qalmaqalına rəsmi reaksiya Şirkət iddiaları təkzib etdi

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Baku Kids Company” MMC şirkəti “Humana” körpə qidasında qurd aşkar edilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, şirkət məsələ ilə bağlı açıqlamasında mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib.

Bildirilib ki, “Humana” brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakuumlu qablaşdırmada istehsal olunur: “Vakuumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımından mümkün deyil. Təqdim olunan videomaterialda isə qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir”.

Şirkət əlavə edib ki, süd tərkibli məhsullarda hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdikdə məhsulun rəngində və konsistensiyasında dəyişiklik müşahidə olunmalıdır: “Yayılan görüntülərdə isə bu cür əlamətlər qeydə alınmır. Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların da heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində texniki və normativ baxımdan istisna edilir”.

Açıqlamada o da vurğulanıb ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadıqda kənar təsirlər nəticəsində bu kimi halların yaranması mümkündür.

Şirkət bildirib ki, yayılan iddialar ictimaiyyətdə əsassız narahatlıq yaratmağa xidmət edir və “Baku Kids Company” MMC öz işgüzar nüfuzunu qorumaq hüququnu özündə saxlayır. Qeyd olunub ki, məsələ ilə bağlı hüquqi addımların atılması da istisna edilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
7
redaktor.az

3Mənbələr