AZ

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda qətl törətməkdə təqsirləndirilən Zahir Soltanov və Leyla Abbasovanın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi və nümayəndəsi çıxış ediblər.

Onlar məhkəmədən təqsirləndirilənlərə ömürkük həbs cəzası verilməsini xahiş ediblər.

Leyla Abbasova son sözündə cinayətin iştirakçısı olmadığını, cinayəti bilib gizlətdiyini deyib. O, məhkəmədən bəraət istəyib.

Zahir Soltanov son sözündə bu əməli tək törətdiyini bildirib. Məhkəmədən ədalətli qərar verməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zahir Soltanov 18 il, Leyla Abbasova isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Zahir Soltanov cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Leyla Abbasova isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı Zahir Soltanovun 19 il, Leyla Abbasovanın isə 17 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi barədə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən Zahir Soltanov və İ.Piriyevin həyat yoldaşı Leyla Abbasova polis əməkdaşları tərəfindən saxlanılıblar.

Zahir Soltanova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu, Leyla Abbasovaya qarşı isə 32 (cinayətdə iştirakçı), 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Leyla Abbasovanın 3 azyşalı övladı var.

Seçilən
11
2
apa.az

8Mənbələr