AZ

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ rəsmiləri ilə enerji əməkdaşlığı və regional layihələri müzakirə edib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın U.S. Trade and Development Agency rəsmisi Sara Leminq ilə görüş keçirib.


Tərəflər enerji sahəsində uzunmüddətli əməkdaşlığı müzakirə edib və fevralda imzalanmış strateji tərəfdaşlıq xartiyasının ikitərəfli münasibətlər üçün əhəmiyyətini qeyd ediblər.


Görüşdə həmçinin regional enerji marşrutları və Orta Dəhliz üzrə layihələrə dair əməkdaşlıq imkanları müzakirə olunub.

Seçilən
7
7
anews.az

10Mənbələr