AZ

Peşə tanınmasında ən çox imtina bu ixtisaslarda qeydə alınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ölkələr üzrə ən çox imtina halları qeydə alınan 3 ixtisasla bağlı təhlil aparılıb.

Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 79 nəfər iştirak edib, onlardan yalnız 5-i uğurlu nəticə əldə edib. Nəticədə bu ixtisas üzrə uğur faizi 6.4%, imtina faizi isə 94% təşkil edib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2026-cı ilin I rübü üzrə elektron bülletenində əksini tapıb.

“Müəllimlik” ixtisası üzrə peşə tanınması imtahanında 21 nəfər iştirak edib, onlardan 9-u uğurlu nəticə əldə edib. Bu ixtisas üzrə uğursuzluq göstəricisi 57% olub. “Mühəndislik” ixtisası üzrə imtahanda 46 namizəd iştirak edib, onlardan yalnız 4-ü uğurlu nəticə göstərib. Bu sahədə uğursuzluq faizi 91% təşkil edib.

“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 17 namizəd imtahan verib və onların heç biri uğurlu nəticə əldə etməyib. Beləliklə, bu ixtisas üzrə imtina faizi 100% olub.

Seçilən
16
azedu.az

1Mənbələr