AZ

ABI-ın neft ehtiyatları azalır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 900 min barel azalaraq 463,8 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,1 milyon barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 4,1 milyon barel geriləyərək 409,2 milyon barel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 6,3 milyon barel azalaraq 232,9 milyon barel təşkil edib.

Seçilən
8
2
hafta.az

3Mənbələr