AZ

Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Adalet.az xəbər verir ki, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq. Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üçü isə 23:00-da start götürəcək.

Gecənin ilk matçında İspaniya “Selta”sı doğma meydanda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Evdəki birinci qarşılaşmada 3:0 hesablı qələbə qazanan Bundesliqa təmsilçisi növbəti mərhələyə vəsiqənin taleyini, demək olar ki, həll edib.

Eyni fikirləri İngiltərənin “Aston Villa” komandası haqqında da səsləndirmək olar. İtaliyadakı ilk matçda “Bolonya”nı 3:1 hesabı ilə məğlub edən Premyer Liqa klubu yarımfinalın bir addımlığındadır.

Digər oyunlarda Portuqaliya təmsilçilərindən “Braqa” İspaniyada “Real Betis”in, “Portu” isə İngiltərədə “Nottingem Forest”in qonağı olacaq. Bu komandaların ilk duelində 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
8
5
adalet.az

7Mənbələr