ABŞ-dan alınan və nüvə silahı daşıya bilən 64 ədəd çoxməqsədli qırıcı təyyarədən birincisi 2026-cı ildə Finlandiyanın arsenalına qoşulacaq.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS-a verdiyi müsahibədə bildirib.
Səfirin sözlərinə görə, gəmiqayırma zavodlarında ən müasir NATO silahları, o cümlədən qanadlı raketlər və torpedalarla təchiz ediləcək yeni korvetlər tikilir: “Quru qoşunlar üçün genişmiqyaslı yenidən silahlanma proqramına, o cümlədən uçuş məsafəsi uzadılmış raketlər və ballistik raketlərin alınmasına başlanılıb”.
Kuznetsov qeyd edib ki, Finlandiya 2030-cu ilə qədər elan edilmiş məqsədlərə 6 milyard avrodan çox pul xərcləməyi planlaşdırır.
Bəxtiyar CƏFƏRLİ