AZ

Xərçəng xəstəliyinə qarşı vaksin nəticə verəcək?

Məlum olduğu kimi, Azərbaycanda yeni dizayna malik pul nişanlarının dövriyyəyə buraxılıb. 

Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir. Bundan başqa, bəzi xırda başqa fərqliliklər də var. Lakin 100 manatlıq əskinasın dəyişdirilməsi ictimaiyyət arasında müzakirələrə səbəb olub. 

Maraqlıdır, adıçəkilən əskinasın dəyişdirilməsinə ehtiyac var idi? Ümumiyyətlə, köhnə 100 manatlıqların taleyi necə olacaq? 

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, pul nişanlarının yenilənməsi prosesi bir çox hallarda təkcə dizayn dəyişikliyi ilə bağlı deyil, həm də hüquqi və texniki tələblərlə bağlı olur:

“Bu dəyişikliklərdən biri də əskinaslar üzərində göstərilən rəsmi imzanın yenilənməsi ilə əlaqələndirilir. Qanunvericiliyə əsasən, pul vahidlərində Mərkəzi Bank rəhbərinin imzasının əks olunması tələb olunur və rəhbər dəyişdikdə bu detalın da uyğunlaşdırılması zəruri hesab edilir. Bu səbəbdən yeni əsginaslar mərhələli şəkildə dövriyyəyə buraxılır, eyni zamanda əvvəlki nümunələr dərhal istifadədən çıxarılmır”.

396783

İqtisadçı vurğulayıb ki, 100 manatın hər iki versiyasının bir müddət paralel şəkildə istifadəsi keçid dövrünü daha stabil edir və gündəlik ödəniş sistemində hər hansı çətinliyin yaranmasının qarşısını alır:

“Zamanla köhnə əskinaslar banklar vasitəsilə toplanaraq Mərkəzi Banka qaytarılır və tədricən dövriyyədən çıxarılır. Beləliklə, sistem mərhələli şəkildə yenilənir və yeni pul nişanları tam dövriyyəni əvəz edir”.

Günel Cəlilova

Seçilən
5
hit.az

1Mənbələr