AZ

Rusiya nəşri İranın təslimi olmamasının sirrini tapdı Kərbəla...

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İranın dini, hərbi və siyasi rəhbərliyinə qarşı son iki müharibədə vurulan ağır zərbələrə səbəb olan ölkənin təhlükəsizlik sistemində ciddi problemlər həll olunmamış qalır. Belə ki, atəşkəs ərəfəsi Tehran rəsmi olaraq İslam İnqilabi Keşikçiləri Korpusunun kəşfiyyat rəhbəri general-mayor Seyid Məcid Xademinin ölümünü də təsdiqlədi.

Moderator.az bildirir ki, Musavat.com “Vzqlyad”a istinadən yazır ki, mümkün yeni müharibə ərəfəsində bu vəziyyəti yalnız xarici kəşfiyyatların gücü ilə izah etmək kifayət deyil.

Yazıdan bəlli olur ki, İranın daxili təhlükəsizlik mühiti müəyyən zəifliklər daşıyır. Yüksək vəzifəli şəxslərin ictimai tədbirlərdə tez-tez iştirakı, mühafizə sistemində ailə üzvlərinin və qeyri-professional şəxslərin yer alması, eləcə də ümumi təhlükəsizlik mədəniyyətinin zəifliyi bu boşluqları daha da artırır. Qeyd olunur ki, ölkənin ideoloji sistemi də müəyyən davranış modellərinə təsir edir. “İslam tarixində mühüm yer tutan Kərbəla döyüşü və Hüseyn ibn Əli ilə bağlı şəhidlik fəlsəfəsi, bəzi hallarda siyasi və hərbi elitanın riskləri fərqli dəyərləndirməsinə səbəb olur. Bu yanaşma təhlükəsizlik tədbirlərinin ikinci plana keçməsinə gətirib çıxara bilər. Müqayisə üçün tez-tez Fidel Kastro nümunəsi göstərilir. Kuba uzun illər daha qapalı və sərt təhlükəsizlik sistemi ilə liderlərini qorumağı bacarsa da, İran daha böyük, daha açıq və daxili siyasi dinamika baxımından daha mürəkkəb bir dövlətdir. Bu isə təhlükəsizlik tədbirlərini daha çətin və həssas edir. İran isə cavab olaraq fərdi şəxslərin qorunmasından daha çox, dövlət sisteminin davamlılığını prioritet hesab edir. İran metafizikasına görə, onların liderlərinin “şəhidlər” sırasına qoşulması dövlətin və İran xalqının gücünü daha da möhkəmləndirir. İranlılar öz liderlərinin təhlükəsizliyini təmin etməkdən daha çox, onların mümkün ölümü halında belə dövlət sisteminin dayanıqlığını təmin edən amillərə diqqət yetirirlər. Bu yanaşma “əvəzedilməz insan yoxdur” prinsipinə əsaslanır. Yəni hər hansı bir yüksək vəzifəli şəxs öldürüldükdə onun yerini dərhal əvvəlcədən hazırlanmış müavin tutur. Bu şəxs yeni vəzifəyə uyğunlaşmaq və işi öyrənmək üçün vaxt sərf etmir, çünki o artıq bütün proseslər barədə əvvəlcədən məlumatlı olur”.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu İranla hərbi qarşıdurmanın yenidən başlama ehtimalını istisna etməyib.

O, videomüraciətində İsrailin bütün ssenarilərə hazır olduğunu bildirib. Netanyahu qeyd edib ki, ABŞ-la məqsədləri üst-üstə düşür: “Amerikalı müttəfiqlərimiz İranla təmasları barədə bizi daim məlumatlandırır. Məqsədimiz eynidir – zənginləşdirilmiş uranın İrandan çıxarılması və onun qaldırılmasıdır. Eyni zamanda, boğazların açıq qalmasını istəyirik”.

Baş nazir vurğulayıb ki, vəziyyətin necə inkişaf edəcəyini demək hələ tezdir: “Müharibənin yenidən başlama ehtimalını nəzərə alaraq, biz istənilən ssenariyə hazırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
moderator.az

4Mənbələr