AZ

Beyləqanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib-FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar olaraq respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da genişmiqyaslı və məqsədyönlü tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 16-da rayonun Aşağı Çəmənli kəndində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də ictimaiyyət üzvləri fəal iştirak ediblər.

Keçirilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilmiş, onların suvarılması təmin olunmuşdur. Bununla yanaşı, ərazidə mövcud yaşıllıqlara xidmət göstərilmiş, torpaq qatının yumşaldılması həyata keçirilmiş və genişmiqyaslı təmizlik işləri aparılmışdır.

Qeyd olunmalıdır ki, yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən bu kimi tədbirlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ardıcıl və davamlı şəkildə davam etdiriləcək, rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılmasına töhfə verəcəkdir.


Seçilən
14
2
paytaxt.org

3Mənbələr