AZ

"Yuventus"un forvardı yenidən sıradan çıxdı

"Yuventus"un polşalı hücumçusu Arkadiuş Milik növbəti dəfə zədələnib. 

Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti açıqlama yayıb. 

Hadisə aprelin 14-də məşq zamanı baş verib. Həkimlər onun sağ ayağında biseps bud əzələsi diaqnozu qoyublar. 

Klubun açıqlamasında deyilir: "Dəqiq sağalma müddətini müəyyən etmək üçün təxminən 10 gün ərzində əlavə müayinələr planlaşdırılır". 

İlkin məlumata görə, Milik dörd-beş həftəlik sıradan çıxıb.

32 yaşlı hücumçu təxminən iki ildir xroniki zədə ilə mübarizə aparır və bu da onun tam potensialı ilə oynamasına mane olur. Bu mövsüm o, cəmi iki matçda və 34 dəqiqə meydanda olub. 

Seçilən
2
2
fanat.az

3Mənbələr