Atəşkəsin uzadılması ehtimalı artır və ikinci raund danışıqlara ümidlər yüksəlir.
Bu barədə yüksək vəzifəli İran rəsmisi Reuters agentliyinə bildirib.
Rəsmi qeyd edib ki, Pakistan ordusunun baş komandanının Tehrana son səfəri bəzi məsələlər üzrə fikir ayrılıqlarının azalmasına kömək edib.
O, həmçinin bildirib ki, nüvə məsələləri ilə bağlı əsas fikir ayrılıqları qalmaqdadır. Bu, xüsusilə İranın yüksək zənginləşdirilmiş uranının taleyi və nüvə məhdudiyyətlərinin müddəti ilə bağlıdır.
Rəsmi əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı əsas məsələlər hələ də həll olunmamış qalır.