AZ

Britaniyada "İran böhranı"

Böyük Britaniya hökuməti İranda davam edən münaqişənin uzanacağı təqdirdə ölkədə ərzaq və içki qıtlığı yarana biləcəyindən ehtiyatlanır.

Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti hökumət daxilində aparılan təhlillərə istinadən məlumat yayıb.

Bildirilir ki, baş nazirin ofisi, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri mümkün ssenariləri və onların iqtisadi təsirlərini müzakirə ediblər. Əsas risklərdən biri Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlıdır.

Belə bir vəziyyət ölkədə karbon qazı (CO2) çatışmazlığına səbəb ola bilər. Bu isə birbaşa qida sənayesinə zərbə vurur. CO2 məhsulların saxlanma müddətini uzatmaq üçün geniş istifadə olunur - xüsusilə salatlar, ət məhsulları və çörək məmulatlarında. Qıtlıq ilk növbədə kənd təsərrüfatı və hotel sektoruna təsir göstərə bilər.

Məlumata görə, karbon qazı demək olar ki, bütün donuzların və quşların kəsimi zamanı istifadə olunur. Bu səbəbdən ət tədarükündə də azalma riski var.

Seçilən
18
publika.az

1Mənbələr