AZ

Gədəbəydə körpə qızdırmadan öldü

Gədəbəydə körpə qızdırmadan ölüb.
ONN media xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Seçilən
14
29
onn.az

10Mənbələr