AZ

İran buna görə ABŞ və İsraili məsuliyyətə cəlb edəcək

Tehran İslam Respublikası rəhbərliyinin sui-qəsdinə görə ABŞ və İsraili məsuliyyətə cəlb etmək niyyətindədir".

"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi  "RİA Novosti" agentliyinə açıqlamasında deyib. 

"Biz bunu etməliyik. Və düşünürəm ki, təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət məsuliyyət tələb edir”, - deyə o bildirib.

Bəqayi Vaşinqton və Təl-Əvivin hərəkətlərini müharibə cinayəti və insanlığa qarşı cinayət adlandırıb. O, qeyd edib ki, İran məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün bütün daxili hüquqi mexanizmlərdən, eləcə də beynəlxalq hüquqdan istifadə edəcək.

Xatırladaq ki martın 1-də İran dövlət televiziyası İranın Ali Lideri Əli Xameneinin  ABŞ və İsrailin zərbələri nəticəsində öldürüldüyünü bildirmişdi. 

Gülayə Mecid 

Seçilən
20
50
unikal.az

10Mənbələr