AZ

“Siti”dən Qvardiolaya yubiley jesti: Xüsusi kolleksiya hazırladılar

“Mançester Siti” baş məşqçi Pep Qvardiolanın klubdakı fəaliyyətinin 10 illiyini xüsusi geyim kolleksiyası ilə qeyd edib.

Publika.az xəbər verir ki, “şəhərlilər” “Puma” ilə əməkdaşlıq çərçivəsində mütəxəssisin üslubundan ilhamlanan kolleksiyanı təqdim edib.

Kolleksiya Qvardiolanın “Siti”də keçirdiyi 10 ilə həsr olunub. Bu müddətdə o, 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və 2022/23 mövsümündə Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atıb. Uğurlarla yanaşı, Pep futbol dünyasında ən zövqlü geyinən məşqçilərdən biri kimi də tanınıb.

“Pep Guardiola Decade” adlı kolleksiyaya gödəkçə, köynəklər beysbolka və idman ayaqqabıları daxildir. Geyimlərdə məşqçinin imzasını əks etdirən “P” hərfi və qızılı imza detalları yer alıb.

Heybət

Seçilən
10
publika.az

1Mənbələr