AZ

Məşhur aktrisa: "Ana-ata ola bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin!"

"Uşaqları dünyaya gətirib küçəyə buraxmayın! Əgər valideynlik edə bilməyəcəksinizsə, ana-ata olmayın! Küçədəki pişik, it də doğur. Əgər uşağınızı böyüdə bilməyəcəksinizsə, onu sevə bilməyəcəksinizsə, onu cəmiyyətə faydalı bir fərd kimi yetişdirə bilməyəcəksinizsə, dünyaya gətirməyin!"

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa və müğənni Yeşim Salkım sosial şəbəkə hesabında paylaşdığı videoda qeyd edib.

Aktrisa son zamanlar Türkiyədə məktəblərdə ard-arda yaşanan silahlı hücumlara səssiz qalmayıb.

O vurğulayıb ki, ata-ana olmaq sadəcə uşaq dünyaya gətirməklə deyil, eyni zamanda onu yaxşı fərd kimi cəmiyyətə qazandırmaqla olur:

"Sizin düzəldə bilmədiyinizi, yetişdirə bilmədiyinizi, böyüdə bilmədiyinizi, tərbiyə edə bilmədiyinizi mən küçədə tərbiyə etmək məcburiyyətində deyiləm, heç bir müəllim də buna məcbur deyil. Uşaq sahibi olmaq üçün valideynlik lisenziyası versinlər. Artıq belə olmaz. Uşağınızın əlinə 'iPad" verib məktəbə göndərib sonra da "müəllim, buyurun, siz baxın, siz öyrədin" deyə bilməzsiniz. Cəmiyyətdə hamımızın məsuliyyətləri var".

Seçilən
5
1
far.az

2Mənbələr