AZ

Əməkdar artist Nailə İslamzadədən haqlı irad

Əməkdar

"Heç vaxt reytinq naminə sözümü ucuzlaşdırmadım""44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil, bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam".Ulusum.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə islamzadə sosial şəbəkədə yazıb. Aparıcı bir daha müsahibə verməyəcəyini bildirib: "Amma təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir. Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir.Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu nə dərəcədə doğrudur? Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? Bəs peşə etikası, bəs sözün çəkisi?Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir".

Diqqət Çəkənlər

Zamanın nəbzini tutan xanım!

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

Türkiyədə məktəbli 9 nəfəri öldürdü

Seçilən
4
5
ulusum.az

7Mənbələr