AZ

Atletik in əfsanəsindən klubun siyasətinə sərt sözlər İnsanları aldadırlar

ain.az, Footbal-plus saytına istinadən bildirir.

İspaniya futbolunun önəmli simalarından olan Xavyer Klemente əfsanəsi sayıldığı ''Atletik'' haqda gündəmə düşəcək ifadələr səsləndirib. "Football-plus.az" xəbər verir ki, Bask bölgəsindən olan 76 yaşlı mütəxəssis ''Atletik''də həm futbolçu kimi çıxış edib, həm də 3 fərqli dönəmdə klubun başında yer alıb. Məlum olduğu kimi ''Atletik'' yalnız baskəsilli futbolçuları oynadır və klub yarandığı gündən bu yana bu fəlsəfəyə əsaslanır. Klemente artıq bunun tam olaraq keçərli olmadığını düşünür:

''Atletik'' artıq bu mövzuda yalanlara əl atmağa başlayıb. ''Yeni bask oyunçularımız var'' deyirlər. Amma əslində həmin oyunçuları 15-16 yaşında başqa yerlərdən gətiririk. Sonra qısa müddətə bir bask klubunda oynadıb ''futbolçu bizim yetirməmizdi'' deyirik. Bu, düzgün deyil. Mən əslində kənardan oyunçu gətirilməsinin əleyhinə deyiləm. Sadəcə bunu ictimaiyyətə fərqli şəkildə çatdırılmasının əleyhinəyəm. İnsanlara yalan söylənilməsini, onların aldadılmasını xoşlamıram. ''Atletik'' yavaş-yavaş öz ənənələrindən uzaqlaşır. Klub üçün artıq fəlsəfə yox, nəticə ön plana çıxmağa başlayıb. Əvvəllər hər şey fərqli idi. İndi kənardan çox oyunçular gətirilir və onlar müxtəlif yalanlarla komandaya cəlb olunur. Təəssüf ki, ''Atletik'' artıq digər klublara bənzəməyə başlayıb. Rəhbərliyin də fanatlar və oyunçularla ünsiyyət səviyyəsi əvvəlki qədər güclü deyil''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr