AZ

Kreml: ABŞ-ın Rusiya neftinə sanksiyaları yumşaldan lisenziyanı uzatmayacağı gözlənilən idi

ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları yumşaldan lisenziyanı uzatmayacağı gözlənilən idi.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu təxmin olunan idi: “Bu, mümkün ssenarilərdən biri idi. Bilirsiniz ki, biz aylar və illərdir sanksiyaların ağırlığı altında yaşayırıq, beynəlxalq hüquqa görə qanunsuz hesab etdiyimiz sanksiyalar... Biz bu cür tədbirlərin maraqlarımıza təsirini minimuma endirəcək şəkildə hərəkət etməyi öyrənmişik. Biz bunu edəcəyik”.

Qeyd edək ki, dünən ABŞ maliyyə naziri Skott Bessent ABŞ-ın İrandakı müharibə səbəbindən Rusiya neftinə qarşı sanksiyaları yumşaldan lisenziyanı uzatmayacağını açıqlayıb.

Seçilən
3
2
apa.az

3Mənbələr