Cari ilin martda Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən anews.az-a bildirilib/
" “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - məlumatda deyilir.