AZ

Akademik Zərifə Əliyevanin anım günü münasibətilə Fəxri xiyaban ziyarət edilib

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı tərəfindən I Fəxri Xiyabana ziyarət təşkil edilib. Ziyarətdə AMEA AHİ-nin rəhbərliyi, Rəyasət Heyətinin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Ziyarətçilər əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, önünə gül dəstələri qoyularaq zəngin elmi və mənəvi irsi minnətdarlıqla yad edilib.

Ziyarətçilər Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna rol oynayan, bu sahədə elmi məktəbin formalaşmasına böyük töhfələr vermiş, onun rəhbərliyi və təşəbbüsü ilə göz xəstəliklərinin profilaktikası, peşə patologiyaları və oftalmoloji xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm elmi nəticələr əldə etmiş alimin ruhuna ehtiramların bildirmişlər.

Yüksək milli-mənəvi keyfiyyətləri, ziyalı mövqeyi, insanpərvərliyi və mənalı ömür yolu ilə seçilən akademik Zərifə Əliyevanın əziz xatirəsi daim hörmət və ehtiramla anılacaqdır.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr