AZ

PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?

Məlumdu ki, son aylarda AFFA-nın PFL-i ləğv edəcəyi haqda xəbərlər yayılıb. Hətta bu məqam aprelin 2-də keçirilən Hesabat Konfransında federasiyanın prezidenti Rövşən Nəcəf səviyyəsində də müzakirə olundu.

Həmin ifadələri xatırlayaq:

“PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündü. Bu, müzakirə oluna biləcək məsələdi. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək”.

Bu sözlərdən sonra qurumun fəaliyyətini dayandıracağını düşünənlərin sayı da artıb. Bəs, sözügedən müqavilə hansı şərtlər çərçivəsindədi?

Bu sualla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“AFFA-nın Nizamnaməsində göstərildiyi kimi, Peşəkar Futbol Liqası AFFA ilə ilə bağlanan müqaviləyə əsasən premyer-liqa, 1-ci liqa və digər yarışlarda iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən hüquqi şəxsdi. Müqavilədə çempionatların təşkili və keçirilməsi ilə bağlı bir sıra məsələlər əksini tapır və PFL fəaliyyətini bu çərçivədə davam etdirir. Müqavilənin detalları isə tərəflərarası razılaşmaya uyğun olaraq açıqlanmır”.

KƏNAN BAHADIR
Seçilən
23
1
football-plus.az

2Mənbələr